Gəncə çayına düşən uşağın meyiti tapıldı (YENİLƏNDİ)

1 İyul 2019 15:47 (UTC+04:00)

Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

15:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.