Kariyerist qarderobunun əsas qanunları - FOTO

5 İyul 2019 16:00 (UTC+04:00)

Biznes müharibədir.

İş qarderobu sizin silahınız.

Heç kim döyüşə silahsız getmir.

Əks halda, nə olacağını bilirsiniz.

XXI əsr haqlı olaraq qadınların dövrü adlandırıla bilər. Biz bütün sahələrdə inanılmaz uuğurlar qazanır, “Gələcək qadınların əlindədir” yazılı köynəkləri qürurla geyinir və hər yerdə qadın həmyərliyi hiss edirik. Qaydaları pozub öz qaydalrımızı özümüz yaradır, həm ev işləri ilə məşğul olur, həm də yüksək vəzifələr tuturuq.

Digər güclü qadınların nümunələrindən ilhamlanaraq, evə yeni kuboklar gətirmək, yeni vəzifələrə yüksəlmək, işgüzar əlaqələr və ya perspektivli layihələrə imza atmaq, hər səhər daha yaxşı olmaq üçün özümüzlə "döyüşə" yollanırıq. İş qanunu küllüyyatında isə deyilir: "Əgər sizi xatırlamırlarsa, deməli, unudublar”. Odur ki, uğur qazanmaq istəyirsinizsə, yaddaqalan obraz yaratmaq şərtdir.

Uğurlu kariyeristləri görünüşləri sayəsində uzaqdan asanlıqla tanıyırsınız. Onların şkaflarında ağ bluz və qara yubkarlardan ibarət darıxdırıcı dəstlər görə bilmərsiniz. Onlar rahatlıq, moda və gözəlliyi bir-biri ilə qarışdırmır. Yadda saxlayın ki, istədiyiniz mövqeyə yüksəlmək vizuallıqla birbaşa əlaqəlidir. Geyinmək sənəti və şıq görünmək özü də bir peşəkarlıqdır, onsuz müəyyən bir səviyyədə karyera qurmaq çətindir.

Publika.az bu yazıda oxuyucuları kariyerist qarderobunun əsas qaydaları ilə tanış edib.

Kostyum

Kostyum son 20 ilin ən sərfəli sərmayəsidir. Amma qarası yox. Ya zoğalı, ya mürəkkəb, ya tünd zümrüd, ya da bej versiyalarını alın. Əgər idmanla məşğul olmursunusa, uzun və ikidüyməli pencək alın. Qalan bütün hallarda düz bir kəsim seçin. Əgər baxımlı təqaüdçü kimi görünmək istəmirsinizsə, beldə bitən heç bir tvid pencək almayın.

Midi yubka

Ön hissəsi yarıqlı olsun. Dizdən aşağıda bitən yubka-karandaşlara üstünlük verin.

Kəşmir cemper

Yaxa dekoltesinin V şəklində olması işgüzar obrazının darıxdırıcılığını aradan qaldırır. Lakin yadda saxlayın sviteri midi yubka və ya ütü ilə xətt qoyulmuş şalvarla geyinməsəniz, zərif görünməyəcəksiniz.

Ayaqqabı

Əsl karyerist bilir ki, hündürdaban ayaqqabılar dəyişkəndir. Başqaları 12 sm-lik dikdabanda üzündə ağrı ifadəsi ilə dolaşanda, onlar lofer ayaqqabılarda, alçaqdaban tuflilərdə, klassik baletkalarda və ya rahat botlarda sürətlə hərəkət edir. Və işgüzar modapərəstlərin ehtiyatında hər zaman dəyişə biləcəyi itiburunlu dikdabanları olur. Bir qədər aqressiya zərər verməyəcək.

Aksessuar

Ayaqqabıdan sonra işgüzar qadın obrazında ikinci əsas sözü çantalar deyir. Uğurlu seçilmiş çanta istənilən obrazın layiqli tamamlayıcısıdır. Lakonik sırğa, klassik bilərzik və sadə üzüklər haqqında unutmaq olmaz.

Makiyaj və saç düzümü

Əlbəttə ki, sonuncu qaydanın rolu böyükdür. Həmçinin biznes sahələri də fərqlidir. Bu, konservativ və ya yaradacı sahə ola bilər. Bütün bunları özünə uyğunlaşdırmaq və öz ideal simanı yaratmaq lazımdır ki, istənilən karyera nərdivanlarında addımlamaq asan olsun. Sadəcə sektorunuzun ən müvəffəqiyyətli karyeristinin simasını təsəvvür edin. O, hər səhər sizin aynanızda əks olunmalıdır.

Aytən Məftun