Məhəbbət haqqında ən qədim mahnının mətni tapıldı

6 İyul 2019 04:47 (UTC+04:00)

Çex arxeoloqları dünyada məhəbbət haqqında ən qədim mahnının mətnini tapıblar.

Publika.az xəbər verir ki, mahnının mətni Qədim Çarlıq dövründə (bizim eradan əvvəl XXIII-XXI əsrlərin ortaları) yaşamış İnti adlı baş kahinin qəbir otağından aşkar edilib.

Əvvəllər belə hesab edilirdi ki, qədim misirlilər yalnız dini və elmi məzmunlu mətnlər yazıblar.

Alimlər dəqiqləşdirib ki, mahnı 4300 ildən əvvəlki dövrə aiddir.