Ölkə yenidən zəlzələ ilə silkələndi: ard-arda üç dəfə

8 İyul 2019 07:58 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında yenidən zəlzələ baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 3,9 bal gücündə zəlzələ "UTC" vaxtı ilə 23:36-də qeydə alınıb.

Yeraltı təkanların yerin 4 kilometr dərinliyində yerləşib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın Kaliforniya ştatında 6,4 və 7,1 bal gücündə zəlzələ baş vermişdi. Ciddi fəsadlara səbəb olan sarsıntılardan sonra fövqəladə vəziyyət elan olunmuşdu.