Ermənistanda hərbi avtomobil qəzaya düşdü

9 İyul 2019 11:32 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” avtomobilinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə Yerevan-Mehri avtomobil yolunun Ararat vilayətindən keçən hissəsində qeydə alınıb.

Nəticədə hərbi avtomobil aşıb.

Müdafiə Nazirliyi hələlik hadisənin səbəbi barədə məlumat yaymayıb.