Tiflis 6 ayda turizmdən 1,5 milyard qazandı

10 İyul 2019 20:21 (UTC+04:00)

2019-cu ilin ilk altı ayı ərzində Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,5 milyard dollar olub.

Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Turizm Administrasiyası yayıb. Məlumata görə, bu göstərici keçən ilin analoji dövrüylə müqayisədə 7% çoxdur:

“Keçən ilin analoji dövrüylə müqayisədə hazırkı göstərici 95,4 milyon dollar çoxdur. İyunda turistlərdən götürülən gəlir 340 milyon dollar təşkil edib ki, bu da keçən ilin göstəricisindən 14,6 milyon dollar artıqdır”.