Abşeronda avtomobil yandı

11 İyul 2019 17:50 (UTC+04:00)

Abşeron rayonunda “Geely” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salon hissəsi yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.