Azərbaycanda zavodda hadisə - Xəsarət alan var

11 İyul 2019 23:51 (UTC+04:00)

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda fəhlə iş zamanı yıxılıb.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Novruzov Rasim Vasif oğlu işdə çalışarkən xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.