Tramp bütün Amerikanı ayağa qaldıran qərarından İMTİNA ETDİ

12 İyul 2019 09:51 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp xalqı ayağa qaldıran təşəbbüsündən imtina edib.

Publika.az xəbər verir ki, yeni qərara əsasən, 2020-ci ABŞ-da aparılacaq əhalinin qeydiyyata alınması prosesində vətəndaşlıqla bağlı sual verilməyəcək.

Ağ Ev mənsublarına açıqlama verən prezident bildirib ki, bu sualdan imtina etsə də, digər qanuni yollardan istifadə edərək kimlərin ABŞ vətəndaşı olub-olmadığını təsbit ediləcək.

Tramp daha sonra “20 milyard dollar xərcləyib əhalini sayırıq, amma insanlara ən sadə şəkildə Amerika vətəndaşı olub-olmadığını sual verə bilmirik. Bu, çox gülməlidir” deyib.

Qeyd edək ki, Donald Trampın sözügedən tələbinə Ali Məhkəmə rədd cavabı vermiş, Ədliyyə Nazirliyi də məhkəmənin qərarını nəzərə alacağını bildirmişdi.

ABŞ-da hər 10 ildə 1 dəfə ölkə miqyasında evlərə poçt yolu ilə anket göndərilir. Prosesə Ticarət Nazirliyinin nəzdində Əhali İdarəsi nəzarət edir.

Zümrüd