"iPhone"nun 4 YENİ MODELİ gəlir - ƏN UCUZ TELEFON olacaq

12 İyul 2019 11:30 (UTC+04:00)

Ağıllı telefon bazarının ən önəmli markalarından olan “Apple” 2020-ci ildə yeni “iPhone” modelləri ilə istifadəçilərinin qarşısına çıxacaq.

Publika.az xəbər verir ki, JPMorgan” tərəfindən yayımlanan hesabata görə, şirkət gələn il “iPhone” satışlarını 195 milyon səviyyəsinə çıxarmağa çalışır. Bu da 2019-cu il üçün hədəflənən 180 milyonluq rəqəmdən 8,5 dəfə çoxdur.

Bəs “Apple” bu artımı necə təmin edəcək?

İddialara görə, “Apple” 2020-ci ildə 4 yeni “iPhone” modeli ilə texnologiya həvəskarlarını sevindirəcək.

Ötən il bazara çıxarılan “iPhone XS”, “XS Max” və XR modellərinin yeni versiyaları 2020-ci ildə rəflərdə olacaq. Bundan əlavə, 4-cü modelin satışa çıxarılması da gündəmdədir. İddialara əsasən, 4-cü model 5G dəstəkli olacaq. Lakin bəzi mənbələr bu modelin digərlərinə nisbətən daha ucuz olacağını deyir.

Bütün bunlara baxmayaraq, şirkətin “iPhone” modellərinin dizaynını dəyişdirməməsi narazılıq doğurur.

Zümrüd