Sərkisyanın qudası həbs edildi

13 İyul 2019 01:45 (UTC+04:00)

İrəvan məhkəməsi “Surb Qriqor Lusaroviç” tibb mərkəzinin keçmiş direktoru Ara Minasyanı qiyabi həbs edib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Xidməti yayıb. Onun iqtisadi cinayətlərdə ittiham edildiyi vurğulanıb.

Komitə Minasyanın hazırda istintaqdan gizləndiyini və onun axtarışa verildiyini bildirib.

Qeyd edək ki, Minasyan Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qudasıdır.