Trampdan şok: Şvartsenegger öldü

12 İyul 2019 21:11 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp aktyor Arnold Şvartseneggerin ölümünə şahidlik edib.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı jurnalist Hanter Uoker Tvitter hesabında yazıb.

O bildirib ki, prezident Ağ Evdə təşkil edilən konfransda bu barədə danışıb:

“Arnold Şvartsenegger... Bilirsiniz nə olub? O ölüb. Mən orada idim”, - deyə jurnalist Trampın sözlərindən sitat gətirib.

Lakin az sonra aktyorun özü Uokerin tvitinə cavab yazaraq sağ olduğunu bildirib:

“Mən hələ buradayam”.