Azərbaycanın bu bölgəsinə dolu düşdü - Nazirlik məlumat yaydı

12 İyul 2019 21:22 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə müşahidə olunan küləklə bağlı məlumat yayıb.

ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə görə, saat 21.00-a olan məlumata əsasən qərb küləyi Naftalanda 30-34m/s, Tərtərdə 25-30 m/s, Şəmkirdə 22 m/s, Bərdədə 25 m/s, Yevlaxda 17-20 m/s, Mingəçevirdə 17 m/s, Sumqayıtda 18 m/s, Bakıda 22 m/s- dək güclənib. 20:05 radələrində Göy-Göl və ətraf kəndlərə dolu düşüb.