Bakıda avtomobil 60 yaşlı qadını vurdu

17 İyul 2019 23:12 (UTC+04:00)

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə 9 mkr, Mir Cəlal küçəsində qeydə alınıb.

Belə ki, 60 yaşlı İbrahimova Rövşanə Məmməd qızını avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona təpə nahiyəsinin kəsilmiş-çapılmış yarası, sol çiyin qurşağının travması diaqnozu qoyulub.

Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirir (Report).