Bakıda baş verən dəhşətli hadisənin görüntüləri - ÖLƏN VƏ YARALANAN VAR

19 İyul 2019 09:48 (UTC+04:00)

Dünən axşam saatlarında Bakı şəhər Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində “VAZ 2107” markalı minik avtiomobili “Kamaz” markalı yük maşınına çırpılıb.

Minik avtomobilinin arxadan ağırtonnajlı nəqliyyat vasitəsinə çırpılması nəticəsində sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Dəhşətli hadisənin baş verdiyi yerdən çəkilmiş görüntüləri təqdim edirik.

Muxtar