Yevlaxda minik avtomobili traktora çırpıldı - Xəsarət alanlar var

20 İyul 2019 22:33 (UTC+04:00)

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Cırdaxan kəndində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində "VAZ-2107"-in sürücüsü, 1978-ci il təvəllüdlü Hüseyn Əhmədov və sərnişin, 1969-cu il təvəllüdlü Salman İmranov xəsarət alıblar. S.İmranov xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.