Azərbaycan millisinin üzvü "Albasete"yə keçir

29 İyul 2019 11:01 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon” komandasının əsas heyətindən kənarlaşdırılıb.

“Report” “Aupa Alba” portalına istinadən xəbər verir ki, Alkorkonun eyniadlı təmsilçisinin yeni baş məşqçisi Fren Fernandes 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil. O, İsrafilovun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib.

“Alkorkon”la 2020-ci ilin iyulunadək müqaviləsi olan İsrafilovla İspaniya çempionatının I divizonunda çıxış edən başqa bir klubun – “Albasete”nin yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Eddi İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib. O, daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.