Kaliforniya Universiteti Azərbaycanlı alimin elmi məqaləsini yayımlayıb

29 İyul 2019 13:40 (UTC+04:00)

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramovun daha bir elmi tədqiqatı dünyanın aparıcı jurnallarının birində nəşr edilib.

Publika.az xəbər verir ki, CESD tədqiqatçıları olan Dan Breban və Elmir Muxtarov ilə birgə hazırladığı “Avrasiya İqtisadi Birliyinin iqtisadi təsirlərinin qiymətləndirilməsi: Regional Linear Reqresiyasının tətbiqi” adlı məqalə ABŞ-ın Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında yayımlanıb. Elsevir nəşriyyatı tərəfindən nəşr edilən və “Thomson Reuters” bazasına daxil olan və İctimai Elmlər İstinad İndeksi olan “SSCI” (Social Sciences Citation Index) sistemində qeydiyyatda olan bu jurnal dünyada post-kommunizm elmi araşdırmaları üzrə ən yaxşı 2 jurnaldan biri hesab olunur.

Araşdırmada Linear Regressiya Modelindən isifadə etməklə Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə təsirləri qiymətləndirilib. Üzv ölkələr üzrə iqtisadi təsirlərdə cüzi fərqlər olsa da model nəticələri göstərir ki, birliyə üzvlük həmin ölkələrin iqtisadiyyatlarına ciddi töhvə verməyib. Eyni zamanda, Azərbaycanın birliyə potensial üzvülüyünün eknometrik dəyərləndirilməsi aparılıb.

Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:

https://www.sciencedirect.com/science/article/pii/S0967067X19300315