"F-35" proqramı çərçivəsində ABŞ-da təlim alan 40-a yaxın pilot və xidməti işçi sabah Türkiyəyə dönəcək.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri hərbi heyətin ölkəyə dönüşünü təmin edəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ Müdafiə Nazirliyi Türkiyənin "F-35" proqramından çıxarılması üçün rəsmi prosesə başladıqlarını açıqlamışdı.