Xəzərdə batan gənc musiqiçinin meyiti tapıldı

1 Avqust 2019 14:39 (UTC+04:00)

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, iyulun 31-də Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan, 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb. P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, P.Əkbərov müsiqiçi olub.