Azərbaycanda zəlzələ baş verdi

8 Avqust 2019 02:28 (UTC+04:00)

Avqustun 7-də Lerik rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:13-da Lerik stansiyasından 18 kilometr şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.