Türkiyə və Ukrayna birgə silah istehsal edəcək

10 Avqust 2019 18:11 (UTC+04:00)

Ukrayna və Türkiyə yüksək dəqiqliyə malik silah və aerokosmik texnologiyalar sferasında müştərək müəssisələr yaradıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yayıb.

Məlumata görə, “Ukroboronprom”un tərkibində yer alan “Ukrspeçeksport” Türkiyənin pilotsuz uçan aparat (PUA) istehsalında ixtisaslaşmış “Baykar Defens” şirkətiylə ortaq müəssisə yaradıb. Rəsmi Kiyev bu müəssisənin əsas hədəfinin müasir silahların seriyalı istehsalını təşkil etməkdən ibarət olduğunu bildirib.

Müştərək müəssisənin ilk layihəsi silahla təchiz edilmiş yeni nəsil PUA istehsalı olacaq.