Maqnit qasırğası gözlənilir?

15 Avqust 2019 21:11 (UTC+04:00)

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Publika.az-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub, geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit qeydə alınıb.

Ümumiyyətlə, avqustun 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.