Tramp Rusiyanın G8-ə qaytarılmasını təklif etdi

20 Avqust 2019 23:46 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Rusiyanın yenidən G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Agency France Presse" məlumat yayıb.

Donald Tramp bildirib ki, Rusiyanın G8-ə qaytarılmasına etiraz etməyəcək.

"Mən düşünürəm ki, Rusiyanın G8-də olması daha məqsədəuyğun olardı", - deyə Ağ Evin başçısı Vaşinqtonda Rumıniya prezidenti Klaus Yohannislə görüşü zamanı jurnalistlərə bildirib.

Tramp qeyd edib ki, Rusiya ABŞ prezidenti Barak Obamanın vaxtında G8-dən çıxarılmışdı, çünki Rusiya lideri Vladimir Putin onu aldadıb.

Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqı və Donbas münaqişəsindən sonra Rusiya G8-dən çıxarılıb.