DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı

23 Avqust 2019 13:14 (UTC+04:00)

Daxili İşlər Nazirliyi dünən Sabunçu rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, avqustun 22-də saat 10 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri K.Hüseynovun idarə etdiyi “Cherry” və Mərdan Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş M.Paşayev orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.