Əsədin Türkiyə bazasını mühasirəyə alması ilə Ərdoğan təcili HƏRƏKƏTƏ KEÇDİ

23 Avqust 2019 15:46 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Publika.az
xəbər verir ki, Ərdoğanla Putin Suriya və Liviyadakı son prosesləri müzakirə ediblər.

Ərdoğan Putinə bildirib ki, İdlibdə atəkəsin pozulması halları humanitar fəlakətə səbəb ola və Suriya münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara zərbə vura bilər.

SON DƏQİQƏ: Suriya ordusu Türkiyə hərbi bazasını mühasirəyə aldı - VİDEO

Qeyd edək ki, Suriyada Əsədə bağlı qüvvələr və Rusiya hərbiçilərinin Türkiyənin hərbi maşın karvanına atəş açması haqda xəbərlər yayılıb.

Asif