Oğuzda meşə massivi yanır - FOTO/VİDEO

24 Avqust 2019 23:04 (UTC+04:00)

Oğuzun Xaçmaz kəndi yaxınlığında, meşə massivində yanğın başlayıb.

Axar.az-a verilən məlumata görə, miqyası genişlənən yanğın kənd ərazisinə doğru yaxınlaşmaqdadır.

Hazırda FHN-in yanğınsöndürmə briqadaları yanğının lokallaşdırılması ilə bağlı tədbirlər görür.