Türkiyə ordusu 3 şəhid verdi - 7 YARALI VAR

25 Avqust 2019 15:29 (UTC+04:00)

Türkiyə ordusunun ölkənin şərqində və İraqın şimalında keçirdiyi hərbi əməliyyatlar zamanı 3 hərbçi şəhid olub.

Publika.az xəbər verir ki, ölkənin Milli Müdafiə Nazirliyi bu gün İraqın şimalında "Pəncə-3" şərti adı altında keçirilən əməliyyat zamanı 3 hərbçinin şəhid olması, daha 7 əsgərin isə yaralanması marədə məlumat yayıb. Həmçinin qeyd edilib ki, əməliyyatın gedişində 24 PKK terrorçusu məhv edilib. Onlardan 11-i ölkə daxilində, 13-ü isə İraq ərazisində zərərsizləşdirilib.

Əməliyyatlar davam edir.