Ərdoğan Türkiyəni sarsıdan qətldən danışdı: Edam...

26 Avqust 2019 01:46 (UTC+04:00)

Əminə Bulud xanımla bağlı hadisə həzm olunacaq bir şey deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əminə Bulud adlı qadının keçmiş həyat yoldaşı tərəfindən övladının gözü qarşısında bıçaqlanmasına münasibət bildirərkən deyib.

O, sözügedən cinayəti vəhşilik adlandırıb.

Ərdoğan bu cür cinayətlərdən sonra edam qərarının bərpa edilməsi haqqında səslənən fikirlərə də münasibət bildirib:

“Edam qərarını prezident kimi təkbaşıma vermək səlahiyyətim yoxdur. Parlamentdən belə bir qərar gələrsə, təsdiqləyəcəyimi deyə bilmərəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin Kırıkkale şəhərindən Fədai Varan adlı şəxsin 10 yaşlı qızının gözləri önündə 4 il əvvəl boşandığı keçmiş həyat yoldaşı Əminə Buludu bıçaqlaması böyük rezonans doğurub.