Bakıda ofisdən içində 1700 manat olan pulqabı oğurlandı

27 Avqust 2019 14:47 (UTC+04:00)

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.