Evlənmək istəyənlərə İNANILMAZ İMKAN: bütün qız və oğlanları... - FOTO

30 Avqust 2019 11:24 (UTC+04:00)

Münasibət qurmaqda çətinlik çəkənlər üçün "sevgi qatarı" yaradılıb.

"Love-Pursuit Train" adlandırılan qatar avqust ayının 10-da Çongqing-Qianjiang istiqamətində yola düşüb. Qatarda subayların bir-biri ilə tanış olub, münasibət yaratması üçün şərait yaradılıb.

10 vaqondan ibarət qatarda 1000 nəfərə yaxın subay şəxslər olub. Onların arasından 20 nəfər artıq ailə qurub.

"Bu tipli tədbirlər münasibət yaratmaq üçün çox uyğundur. Sanki, sevgi körpüsüdür. Müxtəlif bölgələrdən olan insanlar bu qatar sayəsində bir yerə yığılıb, tanış olurlar. Bəzən sevgili olmaq alınmasa belə, dostluqlar üçün çox faydalıdır". (milli.az)