İkardi klubunu məhkəməyə verdi

1 Sentyabr 2019 00:55 (UTC+04:00)

“İnter"in argentinalı hücumçusu Mauro İkardi klubunu məhkəməyə verib.

Publika.az xəbər verir ki, futbolçunun bu addım atmasına onun məşqlərdən kənarlaşdırılması səbəb olub. 26 yaşlı oyunçu hüququnun bərpa olunmasını və məşqlərdən kənarlaşdırılmasına görə dəyən ziyan üçün 1,5 milyon avro qismində təzminat ödəməsini tələb edib.