Bakının mərkəzində xilasetmə əməliyyatı - Halsız vəziyyətdə aşkarlandı

1 Sentyabr 2019 16:26 (UTC+04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az nazirliyə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

Vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil veriəlib.