"Neftçi"dən ilk qələbə

1 Sentyabr 2019 21:00 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turu çərçivəsində "Neftçi" öz meydanında "Sumqayıt"ı qəbul edib.

Publika.az xəbər verir ki, görüşdə hesabı qonaqlar açsa da, "ağ-qaralar" iki qol vuraraq mövsümdə ilk qəlləbəsini qazanıb - 2:1.

Bu, "Neftçi"nin cari mövsümdə ilk qələbəsi olub.

“Neftçi” – “Sumqayıt” - 2:1
Qol:
Mehdi Şərifi, 33 (0:1), Emin Mahmudov, 64 (1:1), Stiven Monroz, 90+5 (2:1)
Qırmızı vərəqələr: Murad Xaçayev, 82 - iki sarı vərəqə ("Sumqayıt"), Anton Krivotsyuk, 90+5 -iki sarı vərəqə ("Neftçi"), Vurğun Hüseynov, 90+5 - birbaşa qırmızı vərəqə ("Sumqayıt")
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev