Türkiyə yeni əməliyyata başlayır - Ərdoğan AÇIQLADI

1 Sentyabr 2019 23:02 (UTC+04:00)

Suriyada və Aralıq dənizinin şərqində baş verən proseslər Türkiyə üçün xüsusi əhəmiyyətli məsələlərdir. Bu prosesləri seyr etməklə kifayətlənmək niyyətində deyilik.

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının Konya vilayət toplantısında ifadə edib.

Prezidentin sözlərinə görə, Türkiyə Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıdır.