Gürcüstanın Baş naziri istefa verdi

2 Sentyabr 2019 12:44 (UTC+04:00)

Gürcüstanın Baş nazir Mamuka Baxtadze istefa verib.

Trend-in məlumatına görə, bu barədə onun "Facebook" səhifəsindəki paylaşımında qeyd olunub.

Bir qədər əvvəl Mamuka Baxtadzenin saat 15:00-da tok-şouda açıqlama verəcəyi deyilirdi.

Təsdiqlənməmiş məlumata görə, Giorgi Qaxaria Baş nazir vəzifəsində Mamuka Baxtadze ilə əvəz olunacaq və İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə qayıdacaq.