Türkiyənin F-16 qırıcıları Azərbaycana gəldi - FOTO/VİDEO

2 Sentyabr 2019 19:40 (UTC+04:00)

“TurAz Qartalı - 2019” birgə təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Azərbaycana gəlib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçirilən təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.