ABŞ-la müharibəyə hazırlaşan Ruhani: "4 ölkəyə..."

3 Sentyabr 2019 13:35 (UTC+04:00)

“ABŞ ilə heç vaxt ikili görüş niyyətimiz olmadı və yoxdur. Bir çoxları tərəfindən tövsiyələr aldıq, amma bizim cavabımız hər zaman mənfidir”.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

İslami Şura Məclisinin iclasında çıxış edən Həsən Ruhani əvvəlki illərdə İrana qarşı tətbiq edilən iqtisadi təzyiqlərin bənzəri görülməmiş səviyyədə olduğunu bildirib: “16 ay öncə düşmənlər tərəfindən İrana qarşı maksimum təzyiq siyasəti tətbiq olunması istiqamətində plan quruldu. Ölkəmizin 6 ay içində diz çökdürülməsinə çalışıldı. Ancaq xalqın dirənişi nəticəsində bu plan suya düşdü”.

ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planından geri çəkilməsindən sonra üzərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün Avropa İttifaqını tənqid edən Ruhani “4+1 ölkələrinə (İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin) tarixi fürsət tanıdıq. Onlar bu tarixi fürsət ərzində öhdəliklərini ifa edə bilərlərdi və əgər bunu etsəydilər, biz də sözügedən razılaşma çərçivəsindəki bütün öhdəliklərimizi yerinə yetirərdik” sözlərini işlədib.

Qeyd edək ki, ABŞ 8 may 2018-ci il tarixində Hərtərəfli Birgə Fəaliyyət Planından təktərəfli şəkildə çıxıb və İrana sanksiya tətbiq etməyə başlayıb.

Zümrüd