Pompeo ilə Stoltenberq görüşdü: dekabrda...

3 Sentyabr 2019 14:44 (UTC+04:00)

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ilə NATO-nun baş katibi Yens Stoltenberq görüşüb.

Publika.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə baş tutan görüşdə Əfqanıstanda sülhyaratma təşəbbüsləri müzakirə edilib.

Mətbuata görüşlə bağlı açıqlama verən NATO nümayəndəsi bildirib ki, dekabr ayında keçiriləcək NATO Liderlər Toplantısı ilə bağlı müzakirələr də aparılıb.

Stoltemberq tvitter hesabında görüşlə bağlı bunları qeyd edib: “Dövlət katibi Mayk Pompeo ilə mövcud təhlükəsizlik mövzuları üzərində faydalı görüş keçirdik. NATO Əfqanıstandakı sülhyaratma təşəbbüslərini güclü şəkildə dəstəkləyir. Yaxın zamanda gerçəkləşən qorxunc hücumları qınayıram. NATO əfqan qüvvələrini dəstəkləmək məsələsində qətiyyətini davam etdirir”.

Qeyd edək ki, ABŞ Taliban qruplaşması ilə razılıq əldə edərək qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.

Zümrüd