APOEL "Qəbələ"nin rəqibi oldu

3 Sentyabr 2019 16:48 (UTC+04:00)

UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi qismində turnirə vəsiqə qazanan “Qəbələ”nin U-19 komandasının da rəqibi müəyyənləşib. Əyalət təmsilçisi 1-ci mərhələdə APOEL-lə (Kipr) qarşılaşacaq.

Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq.