Polis İmişlidə “BMW”ni saxladı - bıçaq, dəyənək, əlcək...

4 Sentyabr 2019 14:58 (UTC+04:00)

Ağcabədi rayon sakininin maşınından soyuq silah götürülüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat –axtarış tədbiri nəticəsində Ağcabədi rayon sakini N.Tağıyevin idarə etdiyi “BMW” markalı avtomobildən 1 ədəd bıçaq, 2 ədəd dəyənək, 1 cüt əlcək və 1 ədəd yapışqanlı lent aşkar edilərək götürülüb.

Araşdırma aparılır.