İran 7 gəmini ələ keçirdi – Hörmüzdə gərginlik

4 Sentyabr 2019 16:55 (UTC+04:00)

İran Hörmüz boğazının cənubundakı Kask bölgəsində 7 balıqçı gəmisini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.

Gəmi saxlanılarkən 24 əcnəbi vətəndaşın saxlanıldığı bildirilir. Hələlik milliyyəti bəlli olmayan şəxslərin aidiyyəti orqanlara təhvil veriləcəyi açıqlanıb.