Bakıda “Niva”, Kürdəmirdə “Hyundai” qaçırıldı

5 Sentyabr 2019 17:29 (UTC+04:00)

Bakıda avtomobil qaçırılıb.

Publika.az xəbər verir ki, Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121”(Niva) markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması da müəyyən edilib.

Oxşar hadisə sentyabrın 4-də Kürdəmir də baş verib. RPŞ-yə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.