Bakıda lüks avtomobil sahiblərindən piyadalara qarşı HÖRMƏTSİZLİK - FOTO

6 Sentyabr 2019 15:00 (UTC+04:00)

Bakıda minik avtomobillərinin piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, eləcə də panduslarda park edilməsi hallarına tez-tez rast gəlinir.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə son olaraq piyada səkisində və piyada pandusunda park edilmiş bahalı "Land Rover Range Rover" və "BMW" markalı avtomobillərin görüntüləri yayılıb. Sakinlər bu tip sürücülərin piyadaların hərəkətinə mane olduğunu, uşaq arabası və ya əlil arabası ilə şəhər küçələrində hərəkət etməyin müşkül olduğunu bildirirlər.

Qaydaları kobudcasına pozan avtomobillərdən bəzilərinin fotolarını təqdim edirik.

Muxtar