Azərbaycan Slokaviyaya qalib gəldi

6 Sentyabr 2019 22:54 (UTC+04:00)

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, Milan Obradoviçin komandası Bakıda Slovakiyanı qəbul edib. “Dalğa Arena”da keçirilən qarşılaşmada yığmamız 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığmamızın növbəti matçı sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

6 sentyabr

Avropa çempionatı, II tur

20:30. Azərbaycan - Slovakiya - 2:1
Qollar:
Barış Ekincier, 7 (1:0), Lubomir Tupta, 82 (1:1), Barış Ekincier, 90+3 (2:1)
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. "Dalğa Arena"

1.

Gürcüstan U-21

1

1

0

0

4:0

3

2.

Lixtenştyen U-21

2

1

0

1

1:4

3

3.

Azərbaycan U-21

2

1

0

1

2:2

3

4.

Fransa U- 21

0

0

0

0

0:0

0

5.

İsveçrə - U-21

0

0

0

0

0:0

0

6.

Slovakiya U-21

1

0

0

1

1:2

0