Sumqayıtda mənzildən kişi meyiti tapıldı

7 Sentyabr 2019 04:44 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Uzbekov Slavikin meyitini aidiyyəti üzrə təhvil veriblər.​