Qasırğa qurbanlarının sayı 43-ə çatdı

7 Sentyabr 2019 09:45 (UTC+04:00)

“Baham” adalarında “Dorian” qasırğasının qurbanlarının sayı 43 nəfərə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Baham adalarının baş nazirinin nümayəndəsi Erik Vells Koksa istinadən NBC telekanalı bildirib.

Daha əvvəl 30 nəfərin öldüyü bildirilirdi.

Koks qeyd edib ki, xeyli sayda insan itkin hesab edilir və hakimiyyət qasırğa qurbanlarının sayının əhəmiyyətli dərəcədə artacağını gözləyir.

Qeyd edək ki, “Dorian” qasırğası bazar günü Baham adalarının şimalında yerləşən Abako adasına dağıdıcı zərər vurub. Qırmızı Xaç Komitəsinin məlumatına görə, Baham adalarlarında 13 min ev dağılıb və ya zərər görüb.

Qasırğaya görə Amerikanın Cənubi Karolina və Corciya ştatlarının 220 mindən çox sakini işıqsız qalıb. Bu ştatlarda, həmçinin Şimal Karolina və Floridada fövqəladə vəziyyət rejimi elan edilib.