Prezidentin təyyarəsi Pakistanın hava məkanına buraxılmadı

7 Sentyabr 2019 22:49 (UTC+04:00)

İslamabad, Nyu-Delhinin Hindistan prezidenti Ram Nath Kovindin təyyarəsinin Pakistan hava məkanı üzərindən uçması üçün icazə verməsinə dair xahişini rədd edib.

Publika.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər naziri Mehmud Qureşi danışıb.

"Biz bu qərarı Hindistanın davranışına əsaslanaraq verdik", - deyə o bildirib.

Nazir qeyd edib ki, Hindistan Pakistandan bazar günü İslandiyaya səfər etmək niyyətində olan Kovindanın təyyarəsinin uçması üçün hava məkanından istifadə mümkünlüyü barədə soruşub. İslamabad buna imtina ilə cavab verib.