Bakının mərkəzində gözəllik salonu yandı

9 Sentyabr 2019 13:38 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 45 m² olan gözəllik salonunda 1 ədəd elektrik lövhəsi və məişət texnikası yanıb, yüksək temperaturdan lambirindən ibarət divar üzlüyü 1 m² sahədə əriyib. Salonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​