Saat 15-dək qanvermə aksiyasında 2430.5 litr qan toplanıb

10 Sentyabr 2019 15:46 (UTC+04:00)

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyasında 5401 nəfər könüllü olaraq qan verib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, saat 15:00-a olan məlumata əsasən, bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.

Qeyd edək ki, Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.